SABAH qruplarına keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb
14 iyul 2014 17:22 (UTC +04:00)

SABAH qruplarına keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb

Ali məktəblərdə yeni yaradılan SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb. Təhsil Nazirliyindən Lent.az-a  verilən məlumata görə, müsabiqənin bu mərhələsi iyulun 6-da Bakı şəhəri və Naxçıvan MR-də keçirilib, ümumilikdə 1154 nəfər namizəd bu imtahanlarda iştirak edib. Bu mərhələdə namizədlərin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib.

 

II mərhələnin yekunlarına əsasən, yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən 24 ixtisas üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılıblar. “Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib. “Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.

 

“İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala biləcəklər.

 

Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar