Gənclərin “Sabah” qruplarına marağı Təhsil Nazirliyini qane edir
17 iyul 2014 13:22 (UTC +04:00)

Gənclərin “Sabah” qruplarına marağı Təhsil Nazirliyini qane edir

“SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb və bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib”. Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

 

O qeyd edib ki, “SABAH”a qəbul olmaq istəyənlər ikinci mərhələdən-test mərhələsindən keçiblər: “750-yə yaxın müxtəlif ixtisaslı tələbə müsabiqə mərhələsinə (sonuncu mərhələ) buraxılıblar”.

 

Sektor müdirinin sözlərinə görə, müsabiqədən sonra, 3 gün ərzində “SABAH” qrupunun formalaşdırılması tamamlanacaq. “Tələblərin akademik göstəriciləri, imtahandan yığdığı ballar, müsabiqənin nəticələri və s. təhlil olunduqdan sonra, təxminən 1 həftə müddətində adıçəkilən qrupun tam tərkibi müəyyənləşdiriləcək. Bununla bağlı Təhsil Nazirliyinin və eyni zamanda, “SABAH”ın saytında məlumat yerləşdiriləcək”.

 

“SABAH” qruplarına hər il qəbul aparılacağını bildirən S. Gözəlov qeyd edib ki, aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq.

 

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Damla” yataqxanası var. SABAH qrupunun 300-350 aztəminatlı tələbəsi orada yerlə təmin olunacaq. Gələn ildən isə bu cür yataqxanaların sayı artırılacaq”.

 

“Gənclərin SABAH qrupuna marağı Təhsil Nazirliyini qane edirmi” sualına nazirlik rəsmisi belə cavab verib: “Birinci il üçün bu maraq kifayət qədərdir. Hər işin başlanğıcında müəyyən çətinliklər olur. İqtisadiyyat və humanitar ixtisasların tələbləri SABAH qrupuna qəbul olmaqla bağlı daha aktivdirlər. Bu da ondan irəli gəlir ki, həmin ixtisaslarda təhsil alanların ali məktəblərə qəbul balları yüksək olub və həmin tələbələrin elmə, təhsilə marağı böyükdür.  Amma bütövlükdə gənclərimizin marağı bizi qane edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar