<b>Noyabrın son gününün</b> <span style="color:red;">HAVA PROQNOZU
29 noyabr 2017 12:28 (UTC +04:00)

Noyabrın son gününün HAVA PROQNOZU

0

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-5°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz  7-11°, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar