İstirahət günü hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
18 noyabr 2017 12:17 (UTC +04:00)

İstirahət günü hava necə olacaq? - PROQNOZ

0

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti,  gündüz 6-11° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar