Sabah güclü külək əsəcək - YENİLƏNİB
12 iyul 2014 13:03 (UTC +04:00)

Sabah güclü külək əsəcək - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə  isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2870

Oxşar yazılar