Fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 18-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin fevralın 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.