Noyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq və cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Sabah duman və çiskin olacaq
695