Sabah bəzi bölgələrə qar yağacaq - <span style="color:red;">PROQNOZ
30 noyabr 2017 12:30 (UTC +04:00)

Sabah bəzi bölgələrə qar yağacaq - PROQNOZ

0

Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi  əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.  Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar