Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 20-22 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 12-də əsasən yağmursuz, lakin gecə və səhər bəzi dağətəyi və dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 isti dərəcə olacaq.
İyunun 11-dən 12-nə kimi respublikanın rayonlarında isti temperatur rejimi və yağıntılı hava şəraiti payızlıq dənli əkinlərdə məhsul yığımını bir qədər çətinləşdirəcək. Mərkəzi Aran rayonlarında isə hava şəraiti dənli bitki məhsulunun və çəyirdəkli meyvələrin yığımı, hətta çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq və kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini yüksək tempdə saxlayacaq.