“Elektron-hökümət”: perspektivlik və müasirlik
06 noyabr 2013 12:23 (UTC +04:00)

“Elektron-hökümət”: perspektivlik və müasirlik

Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah  və demokratik inkişafın  əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir. Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət sərgiləmə reallığı dayanır.  Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

E-Hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, “E-hökumət” dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarına yol verilməsi, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini də vurğulamışdır.

 

 

 

“Elekton-hökümət”in praqmatik gələcəyə istiqamətlənən üstünlükləri:

 

Dövlət idarəçiliyində səmərəliliyin artırılması;

 

Vətəndaşların apatiya vəziyyətindən çıxarılması;

İqtisadi fəallığın maksimallaşması;

Müasir texnologiyaların tətbiqi imkanlarının genişlənməsi;

Vətəndaşların dövlət idarəçiliyində aktiv iştirakçıya çevrilməsi;

 

İnsan kapitalının rasional tələbatının ödənilməsi;

 

Effektiv idarəetmənin reallaşması mümkünlüyü

 

Vətəndaşların  dövlət müəssisələri ilə çevik, normal əlaqə yaratmaq imkanı

şəffaf, məqsədyönlü, dinamik iqtisadi bağlılıq

 

20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Oxşar yazılar