Göyçay Rayon Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Şamaxı DYP-də çalışan Elçin Vəliyevdir. Onun bir müddət öncə yeni vəzifəyə təyin edildiyi bildirilir.
Qeyd edək ki, rüşvət qalmaqalına görə, daxili işlər nazirinin əmrinə əsasən, adıçəkilən bölmənin rəisi Elman Əliyev vəzifədən azad edilib. E.Əliyev daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.