Rüstəm Usubov: “Bizi “stroybat”a, mətbəxdə işləməyə göndərirdilər”
31 iyul 2013 10:30 (UTC +04:00)

Rüstəm Usubov: “Bizi “stroybat”a, mətbəxdə işləməyə göndərirdilər”

 



Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurs davam edir.


Lent.az-ın verdiyi məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov kursda “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib.



Rüstəm Usubov çıxışında son illər Azərbaycanın daha da inkişaf etdiyini, hərbi gücünün artdığını deyib: “26 iyun - Silahlı Qüvvələr Günü keçirilən hərbi paradda iştirak edən hər bir insan Vətəninə görə böyük qürur hissi keçirib. Hamının yadındadır ki, 1992-ci ildə hərbi texnikalarımız hansı səviyyədə idi. Parad günü isə Azadlıq meydanında ən müasir hərbi texnikalar nümayiş etdirildi. Qırıcı təyyarələri idarə edənlər də bizim pilotlardır. Hər birinin 25-26 yaşı vardı. Ancaq sovet dövründə bizi texnikaya yaxın buraxmırdılar. Bizi yalnız “stroybat”a, mətbəxdə işləməyə göndərirdilər. İndii hər birimiz ordumuzla fəxr edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar