Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verəcək
08 iyun 2017 11:08 (UTC +04:00)

Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verəcək

0

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən , həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlanacaq.

İmtahanda abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Məlumat üçün bildirək ki, imtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar