Rezidenturaya qəbulun vaxtı açıqlanıb
23 yanvar 2015 17:01 (UTC +04:00)

Rezidenturaya qəbulun vaxtı açıqlanıb

0

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanlarının vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi isə iyulun 7-də keçiriləcək.

Rezidentura üzrə ixtisaslaşma seçimi iyulun 10-dan 14-nə qədər, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyul tarixlərində həyata keçiriləcək.

Qurumdan o da bildirilib ki, rezidenturaya ərizə qəbulu 16-23 fevral tarixlərində aparılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar