Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin son günüdür.
Lent.az-ın məlumatına görə, ixtisas seçiminin təsdiqi prosesi bu gün saat 23:59-da başa çatacaq.
14 iyul saat 14:47-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 453 nəfəri seçim edərək ərizəsini təsdiq edib.
Onlardan 404 nəfər Azərbaycana, 49 nəfər isə rus bölməsi üzrə namizədlərdir.
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.