Rezidenturada ixtisasların sayı artırıldı
20 mart 2019 09:05 (UTC +04:00)

Rezidenturada ixtisasların sayı artırıldı

 
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların sayı artırılıb.
 
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” və  “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslarınTəsnifatı”nda dəyişikliklər edib.
 
Qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.
 
Beləliklə, rezidenturada təhsil müddəti 2 il olmaqla ailə təbabəti, təhsil müddəti 4 il olmaqla nüvə təbabəti, təhsil müddəti 3 il olmaqla endodontiya, parodontologiya, restorativ stomatologiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya, uşaq və yeniyetmə psixiatriyası, təhsil müddəti 4 il olmaqla neonatologiya, uşaq endokrinologiyası, uşaq kardiologiyası, uşaq nefrologiyası, uşaq nevrologiyası, uşaq qastroenterologiyası, təhsil müddəti 5 il olmaqlauşaq urologiyası və təhsil müddəti 4 il olmaqla uşaq yoluxucu xəstəlikləri ixtisasları tədris olunacaq.
 
Qərara əsasən rezidenturada tədris olunan bir sıra ixtisasların adları da dəyişdirilib, “Terapiya” “Daxili xəstəliklər”, “Allerqologiya” “Allerqologiya və immunologiya”, “Mikrobiologiya” “Tibbi mikrobiologiya”, “Genetika” “Tibbi genetika” ilə əvəzlənib.
 
Yeni ixtisasların yaradılması və bir sıra ixtisasların adlarının dəyişməsi ilə əlaqədar müvafiq olaraq immunologiya və stomatologiya ixtisasları siyahıdan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar