Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv olunur TAPŞIRIQ
29 noyabr 2013 17:33 (UTC +04:00)

Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv olunur TAPŞIRIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv olunacaq. Lent.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, Tibbi-Sosial Ekspert Komissiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə nazir Səlim Müslümov bununla bağlı tapşırıq verib: “Bizə belə bir qurum lazım deyil. Müvafiq dəyişiklikləri hazırlayın. Bununla bağlı biz Nazirlə Kabinetinə müraciət edəcəyik”.

 

Nazir bu sahədə mövcud olan nöqsanlardan da danışıb: “Əgər Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində arayışları kimsə satırdısa, o zaman siz (Tibbi-Sosial Ekspert Komissiyaları nəzərdə tutulur) nə işlə məşğul idiniz?”.

 

S. Müslülmovun sözlərinə görə, bəzi rayon Tibbi-Sosial Ekspert Komissiyaları əhalinin 50 faizinə əlilik haqqında arayış verib: “Hər 1000 nəfərdən 50 nəfərini “əlil edən” Tibbi-Sosial Ekspert Komissiyamız var”.

 

Qeyd edək ki, S. Müslümov bu gün 4 komissiya sədrini işdən azad edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2168

Oxşar yazılar