Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində (BANM) olub.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri BANM-də olmaqdan məmnunluğunu bildirib. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə - istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb.
Sonda səfir İrfan Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif edib.
Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edib.