Böyükşor gölünün çirkab sulardan təmizlənməsi layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Lent.az-ın İqtisadiyyat və Sənaye nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, artıq qu quşları, vəhşi qazlar və digər quşlar bərpa olunan Böyükşor gölünə qayıdır. Ərazidən çəkilmiş fotoları təqdim edirik.