Qurbanlıq heyvanlar bu yerlərdə satılacaq - <span style="color:red;">ÜNVANLAR
29 avqust 2017 15:07 (UTC +04:00)

Qurbanlıq heyvanlar bu yerlərdə satılacaq - ÜNVANLAR

 

 

Sentyabr ayının 1-də səhər saat  9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı  şəhərində  təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

 

 

KTN-dən Lent.az-a verilən məlumata görə, yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

 

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq: 

 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi  26, Keşlə bazarının yanı;

 

 Xətai rayonu

- "Nargilə" kafesinin yanı;

 

 Səbail rayonu 

     -Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

 

Yasamal rayonu

- Şərifzadə küçəsi  196,  "İdeal" şadlıq sarayının həyəti;

 

 

Qeyd edək ki, bu il də Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə əlaqədar təşkil ediləcək ət  kəsim məntəqələrində nəzarət gücləndiriləcək.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Lent.az-a bildirib ki, sentyabrın 1-i və 2-də təşkil ediləcək bütün ət satış və kəsim məntəqələrində heyvanların sağlamlığına ciddi nəzarət ediləcək: “ Bizim qurumun vəzifəsi satışa çıxarılan heyvanların sağlam olub-olmadığını ciddi yoxlamaqdır. Bütün heyvan satışı və kəsim yerlərində baytarlıq və sanitariya qaydalarına əməl edilməsi mütləqdir. Və bunu nəzarətdə götürmək üçün baytarlıq qurumu bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq. Satışa gətirilən heyvanların baytarlıq sənədi yoxlanılır və sağlamlığı təsdiqlənir.  Sağlam və sağlamlığına bizim qurum cavabdehdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Fərizə Əhmədova

Oxşar yazılar