Bu gün Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədova qarşı açılmış cinayət işi bağlı məhkəmə davam etdirilib.
Lent.az-ın məlumatına görə, prosesdə Q.Məmmədov özü və vəkili Süleyman Qasımov məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıblar. Hakim vəsatətləri təmin etməyib.
Bunun ardınca dövlət ittihamçısı çıxış edib və Q.Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını isə ümumi rejimli müəssisədə çəkməsini istəyib.
Daha sonra hakim müdafiə tərəfinin çıxışı üçün prosesi dekabrın 3-ə təxirə salıb.
Xatırladaq ki, Q.Məmmədov bu il iyunun 4-də həbs edilib. O, Cinayət Məcəlləsinin 299.1-ci və 263.1-ci maddələri ilə ittiham olunur.