
Qubada yol salınan zaman aşkar olunan qədim qəbirlər baxımsız qalıb - SOS
Quba rayonunun Küpçal kəndi ərazisində aşkar edilən qəbirlər və ocaq yerlərinin araşdırılmasına ehtiyac var. Tapılan abidələrin eneolit dövrünə aid olduğu ehtimal olunur. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, iki il bundan öncə Quba-Küpçal-Küsnət avtomobil yolunun genişləndirilməsi zamanı təsadüfən üzə çıxan bu abidələr bu vaxta qədər araşdırılmayıb. Bu səbəbdən abidələrin bir hissəsi məhv olub. Küpçal kənd tam orta məktəbinin direktoru, tarixçi Mömin Əliyevin sözlərinə görə, aşkarlanmış qəbir abidələrinin məhz eneolit dövrünə aid olduğunu deməyə əsas verən bir sıra özəlliklər var.
“Biz sizinlə həmin düşərgəyə baxdıq. Və o düşərgədə məlum oldu ki, burda yaşayış eneolit dövrünə aiddir. Mən arzu edirəm ki, mütəxəssislər gəlsin. Bizdən yaxşı araşdırsınlar baxsınlar. Eneolit dövrünə məxsus bütün əlamətlər bu abidədə öz əksini tapır. Bu da sübut edir ki, abidə eneolit dövrünə aid tarixi abidədir”.
Eneolit dövrü eramızdan əvvəl VI-IV minillikləri əhatə edir. Bu dövrə həm də mis-daş dövrü deyilir. Tarixi faktlara əsasən ilk dəfə dəmirlə tanışlıq da məhz bu zaman kəsiyində baş verib. Tarixçi bildirir ki, aşkarlanan abidələr burada yaşayan tayfaların dulusçuluqla məşğul olduğunu deməyə əsas verir. Lakin abidəyə tam tarixi qiymət verilməsi üçün daha dərindən araşdırılmasına ehtiyac var.
Oxşar yazılar

4 BÜRC üçün həyatın yeni mərhələsi başladı
9 iyul 2025 , 00:02
"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37