“Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Beynəlxalq konfrans Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə iyunun 3-də baş tutacaq.
Məqsəd təbii ehtiyatlardan səmərəli istifadənin təşkili, idarə olunması və davamlı inkişafının elmi əsaslandırılmasının, insan-təbiət təbii tarazlığının qorunub saxlanmasının, ekocoğrafi, sosial-iqtisadi problemlərinin təşkilinin elmi-təcrübi istiqamətlərinin müəyyən edilməsidir.
Konfransda bu problemlərin həlli ilə məşğul olan xarici ölkə mütəxəsssislərinin, qanunvericilik və icra orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, konfrans işini iyunun 5-dək davam etdirəcək.