Qışın hava proqnozu noyabrın sonlarında açıqlanacaq - YENİLƏNİB
06 noyabr 2013 12:50 (UTC +04:00)

Qışın hava proqnozu noyabrın sonlarında açıqlanacaq - YENİLƏNİB

Azərbaycanda qış fəslində gözlənilən hava proqnozu noyabrın sonlarında açıqlanacaq.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, hər il noyabrın ortalarında Serbiyanın paytaxtı Belqrad şəhərində Ümumdünya Meteoroloji Təşkilat tərəfindən forum keçirilir. Onun sözlərinə görə, bu il də forum noyabrın 12-dən başlanacaq və 21-dək davam edəcək: “Bu forumda Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin nümayəndələri, eyni zamanda, dünyanın 5 regional iqlim mərkəzləri olan Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın beynəlxalq təşkilatlarının əməkdaşları iştirak edir. Bir neçə mərhələdən ibarət olan forumda proqnozlar dinamik və statistik rəqəmlər əsasında hazırlanır. Forumun sonunda isə qış fəslinin hava proqnozu açıqlanır. Bu forumdan sonra noyabrın sonlarında qış fəslinin hava proqnozu açıqlanacaq. Yalnız bu zaman qış fəslində havanın necə olacağını demək olacaq. Azərbaycan da qış fəslinin hava proqnozu noyabrın 3-cü ongünlüyündə ictimaiyyətə açıqlanacaq”.

 

Bəzi meteoxidmətlərin məlumatlarına əsasən, bu ilin  Avropa ərazisində son 100 ilin ən soyuq havasının müşahidə olunacağı və bunun Azərbaycana nə dərəcədə təsir göstərəcəyinə gəlincə, A.Verdiyev qeyd edib ki, bu barədə nəsə demək çox çətindir. Onun sözlərinə görə, qış fəslində havaların necə keçməsi ilə bağlı daha düzgün məlumatlar keçiriləcək forumdan sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481
avatar

Oxşar yazılar