Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib
27 iyun 2018 15:10 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeydiyyat və dövlət reyestrinin aparılması qaydaları ilə bağlı sahibkarlara müraciət edib.

 

Lent.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və  satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Yasəmən Bağırova

Oxşar yazılar