QHT Şurasında xarici ölkə gəncləri ilə görüş keçirilib
14 iyul 2014 18:56 (UTC +04:00)

QHT Şurasında xarici ölkə gəncləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında  Demokratik Tələbə Gənclər Təşkilatının (DTGT) təşəbbüsü ilə “Multikultralizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu çərçivəsində ölkəmizdə səfərdə olan xarici ölkələrin bir qrup gəncləri ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda sülh şəraitində müxtəlif millətlərin və dinlərin nümayəndələrinin yüzillərlə birgə yaşadığını bildirərək ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm töhfələr verdiyini vurğulayıb.  

Şuranın 2007-ci ildə prezident İlham Əliyevin fərmanı ilə yaradıldığını və MDB-də bu tip yeganə qurum olduğunu deyən F. Qurbanov ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Şuranın fəaliyyəti dövrü ərzində 2500-ə yaxın QHT layihəsini maliyyələşdirdiyini bildirən F.Qurbanov qurumun dövlətlə ictimai sektor arasında körpü rolu oynadığını vurğulayıb.

Azərbaycanda tolerant, multikultral mühitin hökm sürdüyünü deyən qonaqlar ölkəmizin bu sahədə dünyada örnək dövlət olduğunu vurğulayıblar. 13 müxtəlif dövləti təmsil edən xarici gənclər Azərbaycan dövlətinin  vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi işləri və Şuranın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar