Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək
16 aprel 2013 13:01 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava aprelin 19-dək davam edəcək.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında yağış yağacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274
avatar

Oxşar yazılar