Qeyri-sabit hava daha iki gün davam edəcək
25 fevral 2013 12:26 (UTC +04:00)

Qeyri-sabit hava daha iki gün davam edəcək

Respublika ərazisində qeyri-sabit hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

 

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru cənub şərq küləyi ilə əvəzlənəcək. Temperaturun gecə 3-5, gündüz 6-10 dərəcə olacağı ehtimal olunur.  

 

Fevralın 27-də tutqun hava şəraitinin davam edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.

 

Respublikanın ayrı-ayrı bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6, gündüz 8-13, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Fevralın 27-də hava yağmursuz keçəcək. Gecə və səhər duman olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 9-14, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar