Qəsdən adamöldürmə cinayətləri azalıb
31 iyul 2013 11:06 (UTC +04:00)

Qəsdən adamöldürmə cinayətləri azalıb

 

“Öncəki illərlə müqayisədə bu ilin birinci yarısında soyğun hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər 17,3 faiz azalıb”.

 

Lent.az-ın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

 

Onun sözlərinə görə, əvvəlki illərdə ən azı 500-600 qəsdən adamöldürmə cinayətləri qeydə alınırdı: "Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verir. Əvvəlki illər bu cinayətlərin 200-ü açılmırdı, son illər 10-15 qəsdən adam öldürmə cinayəti açılmır. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar