Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Lent.az-ın məlumatına görə, bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb.
Sakinlər əsasən ünvanlı sosial yardım, kənd yolları, ön əsasda əkin suvarması suyu ilə bağlı təchizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Q. Paşayeva Tovuz sakinlərinə suvarılma suyu ilə bağlı problemlərin həlli istiqamətində hökumətdən dəstək göstərilməsini xahiş edəcəyinə söz verib.
Millət vəkili həmçinin kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.