Millət vəkili Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb. Lent.az-ın məlumatına görə, “Aşk deyince ötesini arama...” adlı kitabda millət vəkilinin türk dünyasının böyük şairi A.Karakoçun xatirəsinə ithaf olunan məqalələri əks olunub.
Qeyd edək ki, kitabın təqdimatı R.Behbudov adına Mahnı Teatrında A.Karakoçun xatirəsinə həsr olunan “Aşk deyince ötesini arama...” adlı bədii gecədə və Atatürk Mərkəzində "Abdurrahim Karakoç irsi: Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans çərçivəsində olacaq.