Qənirə Paşayevadan humanist təklif
24 may 2013 17:08 (UTC +04:00)

Qənirə Paşayevadan humanist təklif

Millət vəkili Qənirə Paşayeva Parlamentdə tək valideynli uşaqların sosial müdafiəsinin gücləndirilməsini təklifi ilə çıxış edib. Lent.az-ın məlumatına görə, millət vəkili Parlamentin iclasında tək valideynli uşaqların dövlət ali məktəblərində ödənişli təhsilinə güzəştlərin tətbiq edilməsini və onların ödəniş haqlarından azad olunmasını təklif edib: "Təəssüf ki, 2000-ci ildə "uşaq hüquqları haqqında" qəbul edilmiş qanuna dəyişikliklər zamanı "valideynlərindən birini itirmiş uşaqların" mənafeyinin müdafiəsi qanunundan çıxarılıb.

Millət vəkili bildirib ki, ailə başçısını erkən itirən, öhdəsində azyaşlı övladları qalmış tək valideynli ailələrin mənafeyini daha geniş müdafiə etmək, dövlətin, ictimaiyyətin bu qrup insanlara diqqət və qayğısını daha da artırmaq, tək valideynli uşaqların sosial müdafiəsini daha da gücləndirmək lazımdır.

"Bununla yanaşı təkvalideynli uşaqların sosial müdafiəsi istiqamətində bir sıra mexanizmlərin işlənilib hazırlanması çox önəmlidir və mən bir millət vəkili olaraq Parlamentimizi və hökumətimizi bu istiqamətdə öz səylərini daha da artırmağa çağırıram"-deyə, Q. Paşayeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743
avatar

Oxşar yazılar