Qənirə Paşayeva türkmən həmkarı ilə görüşdü
13 aprel 2013 14:46 (UTC +04:00)

Qənirə Paşayeva türkmən həmkarı ilə görüşdü

0

Millət vəkili Qənirə Paşayeva İraqdan olan türkman millət vəkili Jalə Neftçi ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd edib. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan millət vəkili İraq ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd edib.

Millət vəkili Qənirə Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bu istiqamətdə son vəziyyət barədə  ətraflı məlumat verib.

Azərbaycanı qardaş ölkə adlandıran İraq Parlamentinin üzvü Jalə Neftçi İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduqlarını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar