Millət vəkili Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.
Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.
Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib: “Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə yüksək balla daxil olanlar arasında qızların sayı oğlanlardan çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir. Biz qızlarımızın təhsilinə böyük önəm verməli, erkən nikahlarla ciddi mübarizə aparmalıyıq”.
Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib.