Qənirə Paşayeva ön cəbhədə yaşayan sakinlərlə görüşüb - <span style="color:red;">FOTO
04 sentyabr 2017 19:01 (UTC +04:00)

Qənirə Paşayeva ön cəbhədə yaşayan sakinlərlə görüşüb - FOTO

0

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən kəndlərində  sakinlərlə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

 

Bir sıra məsələlərin rayon səviyyəsində həll olunmasına nail olan Q. Paşayeva onların bəzi problemlərinin həlli istiqamətində Bakıya dönən kimi müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

 

Millət vəkili ön cəbhə kəndlərində bir çox şəhid ailələrini ziyarət edib, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Millət vəkili həmçinin ön cəbhə kəndlərində bir sıra maddi imkanları ağır olan ailələrlə də görüşüb, bayramlarını təbrik edib, problemləri ilə maraqlanıb.

 

Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb, onlara imzalı kitablarını hədiyyə də edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar