"Qərbin ikili standartlarını Xocalı soyqırımına yanaşmada gördük" - <span style="color:red;">Qənirə Paşayeva
27 noyabr 2017 11:50 (UTC +04:00)

"Qərbin ikili standartlarını Xocalı soyqırımına yanaşmada gördük" - Qənirə Paşayeva

0

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyənin Elazığ vilayətində “15 Temmuz və Vatan” adlı konfransda çıxış edib. Lent.az-ın məlumatına görə, tanınmış  araşdırmaçı-yazar İmdat Avşarın moderatorluğu ilə keçən konfransda Q.Paşayeva Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə edib.

 

Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili bu məsələdə Qərbin və beynəlxalq təşkilatların ikili standartlarını  kəskin qınayıb:  “Bu gün BMT başda olmaqla beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Biz Qərbin ikili standartlarını Xocalı soyqırımına yanaşmada da gördük”.

 

Millət vəkili  tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar