Qənirə Paşayeva 36 ölkənin qadınlarına çağırış etdi
09 may 2014 16:34 (UTC +04:00)

Qənirə Paşayeva 36 ölkənin qadınlarına çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Giresun Universitetində təşkil edilən “Qadınlar siyasi və sosial həyatda” Beynəlxalq Gender simpoziumunun  açılışında geniş çıxış edib. Lent.az-ın məlumatına görə, dünyanın bütün qitələrini əhatə edən və 36 ölkənin fəal qadınlarının qatıldığı beynəlxalq simpoziumda qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən Giresun Universitetinin rektoru Aygün Attar çıxışında bütün dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsindən, qadınlara yönələn təhsil və araşdırma layihələrinin həyata keçirilməsinin vacibliyindən danışıb.

Q. Paşayeva dünyanın 36 ölkəsindən gəlmiş qadınlara üz tutaraq bütün fəal qadınları azərbaycanlı məcburi köçkün qadınların pozulan hüquqlarına biganə qalmamağa çağırıb: “Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar bu vəziyyətə laqeyd qalmamalı, öz etiraz səsini ucaltmalı və azəbaycanlı məcburi köçkün qadınların haqlarının müdafiəsi, onların öz evlərinə dönə bilməsi istiqamətində səylərini artırmalıdırlar. Mən sizi buna çağırıram. Əgər dünyanın daha gözəl, daha mutlu və huzurlu olmasını istəyiriksə, bu kimi hallara göz yummamalı, ikili standartlara yol verməməli və onun qarşısının alınması üçün səylərimizi birləşdirməliyik. Mən ümid edirəm ki, siz həm öz ölkənizdə, həm də bütün beynəlxalq platformalarda azərbaycanlı köçkün qadınları unutmayacaq və onların pozulan hüquqlarının bərpası istiqamətində öz səylərinizi artırmağa çalışacaqsınız. Dünyanın daha yaxşı gələcəyi üçün biz məhz bu cür yanaşma ortaya qoymalıyıq”.

 

Qənirə Paşayevanın çıxışı beynəlxalq simpozium iştirakçıları tərəfindən yüksək səviyyədə dəstəklənib. O, beynəlxalq simpozium çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə daha geniş görüşlər keçirərək onlara Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Şuşa ilə bağlı daha geniş məlumatlar, materiallar verib, onları “Şuşaya azadlıq!”, “ Xocalıya ədalət” kampaniyasına qoşulmağa dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar