Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində "Qələbə" kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-dən Lent.az-a bildirilib ki, ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.