Qəbul imtahanlarının statistik təhlili ləngiyir
25 dekabr 2013 14:58 (UTC +04:00)

Qəbul imtahanlarının statistik təhlili ləngiyir

“Abituriyent” jurnalının 2013-2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik məlumatlardan bəhs edən 12-ci sayının yanvar ayında nəşr olunması nəzərdə tutulur. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.


Jurnalda tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, ali təhsil müəssisələrinin reytinqi, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. materiallar təqdim olunacaq.

 

Jurnalda həmçinin ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili, ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə, tam orta təhsil və ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun, həmçinin ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə aid təhlili materiallar da təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar