Qaraməryəm-İsmayıllı-Şəki yolunu sel basıb
02 iyun 2017 15:04 (UTC +04:00)

Qaraməryəm-İsmayıllı-Şəki yolunu sel basıb

Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki,  bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib və nəticədə yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub. 

 

Qurum təmsilçisi qeyd edib ki,  ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar: " Qısa müddət ərzində yolda hərəkət bərpa olunub. Hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Fərizə Əhmədova

Oxşar yazılar