Qaradağ mahalında yenə zəlzələ olub
26 yanvar 2013 23:18 (UTC +04:00)

Qaradağ mahalında yenə zəlzələ olub

Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında  bu gün yenə zəlzələ baş verib.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 18:40-da qeydə alınıb.

 

Rixter şkalası üzrə 4,8 bal gücündə olan zəlzələnin episentri Vərzigan şəhəri olub. Zəlzələ 18,4 km dərinlikdə baş verib. Ardınca 2 dəfə 1,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

 

Təbrizdə  də binalarda titrəyiş hiss edilib, əhali qorxudan küçələrə çıxıb.

 

Təbii fəlakət nəticəsində dağıntı və tələfatın olmasıyla bağlı hələlik məlumat yoxdur. Məlumata əsasən, Təbrizlə  Əhər və Vərzigan arasında telefon əlaqəsi kəsilib.

 

Xatırladaq ki, 2012-ci il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.Zəlzələdən zərərçəkənələrin bir hissəsi hələ də qışda, şaxtalı havalarda çadırda yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar