Kişilərin yaddaşı qadınınkından daha erkən zəifləyir.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikanın “Mayo Clinic” şirkətinin apardığı araşdırmada qadınların yaddaşının daha güclü olduğu ortaya çıxıb.
30-95 yaş arası 1246 insanın qatıldığı araşdırmada 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə balacalaşan beynin yaddaş hissəsinin həcmi incələnib.
Araşdırmaçılar kişilərin yaddaşının 40 yaşından sonra qadınlara nisbətən daha tez zəiflədiyini, 60 yaşından sonra beynin də həcminin daha çox balacalaşdığını bildiriblər.
Onların fikrincə, qadınların yaddaşının yaxşı qalmağına səbəb estrogen hormononun çoxluğudur.
Bundan başqa, beyində Alzheimer xəstəliyi ilə bağlı olan amiloid proteinlərini də araşdıran alimlər qadın və kişidə bu protein miqdarında fərq olmadığını, hamısında amiloid səviyyəsinin 70 yaşından sonra artdığını deyiblər.