Qaçqınların aksiyasına rəsmi MÜNASİBƏT: “...əsassızdır”
20 avqust 2013 14:54 (UTC +04:00)

Qaçqınların aksiyasına rəsmi MÜNASİBƏT: “...əsassızdır”

“Onların aksiyası əsassızdır. Çünki məcburi köçkünlərə evlər püşkatmaya, ailə tərkibinə uyğun olaraq verilir”. Bunu Lent.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O qeyd edib ki, Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün Masazırda binalar tikilib və hazırda köçürülmə prosesi həyata keçirilir. “Əgər bir ailə dörd nəfərdən ibarətdirsə, həmin ailəyə iki otaqlı mənzil verilir. Burada neqativ hallardan söhbət gedə bilməz”, - deyə, mətbuat katibi əlavə edib.

 

Xatırladaq ki, bu gün bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar.Lent.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər.

 

Hazırda yol bağlıdır və yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar