Prezident İlham Əliyev “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncamda təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilib.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.