Prezident yeni açılan yolda maşın sürdü
26 may 2013 23:04 (UTC +04:00)

Prezident yeni açılan yolda maşın sürdü

Azərbaycan prezidenti İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib.

 

APA-nın xəbərinə görə, prezident Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.

 

Nəqliyyat naziri Ziya Məmmədov eni 22 metr olan yolun ümumi uzunluğunun 12 kilometrə yaxın olduğunu deyib. Yolun inşası zamanı bütün infrastruktur yenilənib, işıqlandırma sistemi yaradılıb, yol boyu 3 qovşaq tikilib.

 

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısı yeni yolda avtomobil idarə edib.

 

Qeyd edək ki, ötən ilin oktyrabrında prezident İlham Əliyevin sərəncamı ilə Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının da yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5674
avatar

Oxşar yazılar