Prezident Xızıda bir neçə obyektin açılışını etdi
22 iyul 2014 16:11 (UTC +04:00)

Prezident Xızıda bir neçə obyektin açılışını etdi

Prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub. Lent.az-ın məlumatına görə, Xızı şəhərində də müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşüb. Dövlət başçısının göstərişinə əsasən həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. Bu işlər qısa zamanda, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Bildirilib ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.

 

Prezident İlham Əliyev həmçinin Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
 

Bu gün Xızıda Heydər Əliyev Mərkəzi açılıb. Dövlət başçısı İlham Əliyev açılışda iştirak edib. Bu gün həmçinin Xızı Rayon İcra Hakimiyyətinin yeni binası da istifadəyə verilib. və Prezident İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar