Prezident İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.