Şamaxıda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb
04 oktyabr 2017 18:13 (UTC +04:00)

Şamaxıda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Şamaxı şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 43 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar