<b>Prezident Sabirabadda Sənaye Məhəlləsinin təməlini qoydu</b> - YENİLƏNİB
28 noyabr 2017 18:35 (UTC +04:00)

Prezident Sabirabadda Sənaye Məhəlləsinin təməlini qoydu - YENİLƏNİB

0
 
Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gedib. 
 
 
Lent.az-ın məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 
 
 
 
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verib. 
 
 
Prezident daha sonra Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub. 
 

Azərbaycan prezidentinin dünə imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

 

Prezident Sabirabad rayonuna səfəri çərçivəsində , həmçinin, 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Bayraq Muzeyinin açılışında iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar