Prezident İtaliya xarici işlər nazirinin müavinini qəbul edib
15 fevral 2013 15:52 (UTC +04:00)

Prezident İtaliya xarici işlər nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla  İtaliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən, enerji sahəsində  yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün dövlət başçısı İlham Əliyev Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Primbetovu da diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar